image-img-20240503-wa0122backend

Yunus Əmrədə Turan Yolu

image-reklam_sirab_01

Bu gün Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə iqamətgahlarında “Turan Yolu-Zəngəzurum” adlı əsərin təqdimatı oldu. Artıq unudulmaqda olan dekorativ tətbiqi sənət nümunəsi olan bu əsərlə yanaşı Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın digər əsərləri də sərgiləndi.

Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlının bu əsərləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.
Tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etmək, Vaxtilə xüsusi vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrimin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.
Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki Bakı Yunus Əmrə İnstitutunun müdiri Selcuk Karakılıç, Azərbaycanın əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev sərginin əhəmiyyətindən danışaraq Sərdarlı ailəsinin yaradıcılığına xüsusi dəyər verdilər. Öz növbəsində Sərdarlı ailəsi adından Azərbaycan Rəssamlar İttifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı Türkiyə səfirliyinə, bu tədbirə ev sahibliyi edən Bakı Yunus Əmrə İnstitutuna, eləcə də bütün qonaqlara dərin minnətdarlığını bildirdi.

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin informasiya mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki