Vətəninfo.az Yunus Oğuzun “Gedirəm” adlı şeirini təqdim edir:
Gedirəm
Hərlənib, fırlanır önümdə bir daş
Bu dünyada boş durmayan daşmı var?
Sinənə çökəndə bu ağrı yükü
Qarşısında əyilməyən başmı var?
Önündən keçəcək daş qatar-qatar
Keçəcək, keçəcək baş qatar-qatar
Axacaq gözlərdən yaş qatar-qatar
Durduracaq sərt baxışlı qaşmı var?
Bu daş bilıməz kimin nəyi kimindi?
Nə loğmandı, nə təbibdi, həkimdi
Demə hürkər, demə qorxar, çəkindi
Cavan bilməz, qoca bilməz, yaşmı var?
Bu daş sənin öz ruhundur içində
Göydən baxar vücudun nə, için nə
Halallıq al bu dünyadan köçəndə
Heç bilmirəm əhləd adlı daşmı var?