image-152775983351804173_1000x669backend

Zabit Səmədov vida döyüşünü Bakıda keçirəcək

image-reklam_sirab_01

Sentyabrın 10-u tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədov öz vida döyüşünə çıxacaq.

Qarışıq Döyüş Çempionatı (Mix Fight Championship) liqası çərçivəsində idmançı braziliyalı Antoniu Silva ilə üz-üzə gələcək.

Titullu azərbaycanlı döyüşçü K-1 rinqində öz karyerasını uğurla bitirməyə hazırlaşır. Onun rəqibi qarışıq döyüşlərdə böyük təcrübəyə malikdir.

Turnir çərçivəsində azərbaycanlı və xarici döyüşçülərin iştirakı ilə digər görüşlər də baş tutacaq.

Döyüşlər Milli Gimnastika Arenasında keçiriləcək.

Mix Fight Championship liqası çərçivəsində keçirilən görüşləri Caspian International Broadcasting Company – CBC TV-də Bakı vaxtı ilə saat 21:00-dan etibarən canlı yayımda izləyə bilərsiniz.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki