image-62719ca42546162719ca42546216516128362d090367f54f086a2957e5787f56fbf9backend

Zelenski Rusiya ilə danışıqların uğuruna şübhə edir

image-reklam_sirab_01

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarının uğuruna şübhə edir.

Veteninfo.az xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”-ın ev sahibliyi etdiyi icraçı direktorların iclasında video vasitəsilə danışarkən açıqlama verib.

“Bizim danışıqlar prossesindəki nümayəndə heyətlərimiz öz səviyyəsində qarşılıqlı fəaliyyət göstərirlər. Onlar liderlərin görüşünün hazırlanmasını müzakirə edirlər. Mən, həqiqətən, belə danışıqlara inanmıram”, – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlar prosesində irəliləyişi yalnız Rusiya Prezidenti Vladimir Putinin xüsusi müraciətindən sonra gözləmək olar. “Danışıqları davam etdirmək vacibdir, lakin Rusiya Federasiyasının prezidenti hər hansı rəsmi müraciəti imzalamayana və ya heç bir rəsmi müraciət etməyənə qədər mən bu danışıqlarda heç bir perspektiv görmürəm”, – deyə Ukrayna lideri bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki