Rusiyalı oliqarx Roman Abramoviçin Ukrayna ilə sülh danışıqlarında əsas vəzifəsi küncləri hamarlamaqdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyaka istinadən RBC Ukrayna məlumat yayıb. “İlk növbədə, o, Rusiya nümayəndə heyətinin üzvüdür. Yəni onun vəzifəsi həmin döngələri hamarlamaqdır”, – Podolyak bildirib.
Xatırladaq ki, “Bloomberg” agentliyinin məlumatına görə, Abramoviç bu yaxınlarda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını bərpa etmək üçün Kiyə səfər edib.


























