image-kemale-eliyeva-97backend

10 Noyabr – uğurlu strategiya

image-reklam_sirab_01

10 noyabr tarixli Bəyanat Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində Ermənistan Ordusunun diz çökdüyü tarixin rəsmiləşdiyi gün kimi tarixə həkk olundu. Bu müharibədə ölkəmizdə yaşayan bütün millətlərin, bütün dini konfessiyaların nümayəndələri bir yumruq kimi birləşərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, adını qalib xalq kimi rəsmiləşdirdilər.
Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi Yeni nəsil müharibə üsulu təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibəti telləri bütün dünyada iki millət – bir dövlət olmanın bariz nümunəsidir.
İşğalçı Ermənistanın “dənizdən-dənizə” xülya siyasəti tamamilə fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Ən önəmli qazancımız Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən qaytarılması oldu. Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Dəmir yolu gələn, 33 tunel, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq bütün beynəlxalq müstəvilərdə bərpa etdiyimiz dövlət sərhədlərimiz hüquqi baxımdan tanınır və Ermənistanın otuz ildən sonra “ağlargözlü yazıq xalq” maskası nəhayət ki, yırtılıb.
44 günlük haqq savaşımızda xalqımız heç bir dini, etnik, cinsi ayrı-seçkiliyə yol vermədən Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, ona səmimi qəlbdən inanaraq Dəmir yumruq kimi düşmənin başına endi və bütün dünyaya Azərbaycanın necə cəsur, mərd bir xalq olduğunu nümayiş etdirdi. Bizi saya salmayan istər qərb, istərsə də şərq dövlətləri az bir zamanda qanı, canı bahasına Vətən torpağını işğaldan azad edən, “Bir daha bu torpaqlara qayıdacağıqmı?” həsrətilə ürəyimizi gəmirən fikirləri həm beyinlərdən, həm gerçəklikdən silib atdı. Rəşadətli ordumuz Vətənin hər qarışı üçün ayıq-sayıq keşik çəkir, nəinki Ermənistan kimi əldəqayırma dövlət üçün, həm də bütün güc dövlətlərinin ordularına döyüş sənəti, müharibə mədəniyyəti, əsgər tərbiyəsi modelini sərgiləyir.
“Torpaq uğrunda ölən varsa, Vətəndir!” şüarını əməldə təsdiqləyən xalqa zaval yoxdur!

Kəmalə Əliyeva
Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin kitabxanaçısı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki