image-1backend

11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

image-reklam_sirab_01

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, narkotik vasitələr – 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki