image-seadet-residova-87backend

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

image-reklam_sirab_01

 

 

12 noyabr – Azərbaycan  Respublikasının Konstitusiya Günüdür. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil dövlətin ilk Konstitusiyasıdır.

Məlum olduğu kimi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanunu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da Sovetlər qurultayında qəbul edilmişdir.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyev qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına şərait yaratdı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı,ümumilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri idi. Ulu öndər Heydər Əliyev demişdir: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra,qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik hüquqi dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Şəxsiyyətin toxunulmazlığı insanların həyat və sağlamlıqlarının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri, Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Sənəd 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

Konstitusiya qəbul edilən gün noyabrın 12-də Respublika Parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyasının milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başladı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da referendum keçirilmişdir. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurları möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəyişikliklər edilib və əlavə olunmuşdur. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

 

 

Səadət Rəşidova

Suraxanı rayonu 87 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki