image-1backend

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verilib – RƏSMİ

image-reklam_sirab_01

Bu günə qədər 600-dən çox sürücü taksi fəaliyyəti göstərmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək icazə əldə edib.

Bu barədə Vətəninfo.az-a AYNA-dan bildirilib.

Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb. “İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki