image-e592e46b-5890-34de-b5fa-da2b0e17c2d6_850backend

ABŞ Baş Qərargahı Ukrayna artilleriyasını yüksək qiymətləndirib

image-reklam_sirab_01

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli ukraynalı artilleriyaçıların Qərb silahlarına yiyələnmə səviyyəsini, eləcə də bu bacarıqlardan Rusiya qüvvələrinin üstün gücünə qarşı döyüşdə istifadəsini yüksək qiymətləndirib.

Bu barədə M.Milli Belçikanın paytaxtı Brüsseldə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun üçüncü iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Belə deyim, Ukrayna artilleriyası, Ukrayna artilleriya bölmələrinin qabiliyyəti çox-çox yüksəkdir”, – general vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın müttəfiqlərlə birlikdə verdiyi “M777” haubitsalarından istifadə etməklə döyüş meydanında ciddi effekt əldə edib:

“Biz onların “HIMARS” sistemlərini də eyni cür mənimsəyəcəklərini gözləyirik”.

Mark Milli qeyd edib ki, Rusiya ordusu artilleriya sistemlərinin sayında əhəmiyyətli üstünlüyə malik olsa da, sadəcə olaraq dinc şəhərlərə kütləvi zərbələr endirir: “Rusiyalılar hər zaman hərbi cəhətdən effektiv olmayan xaotik atəşə əl atırlar”.

Amerikalı general Ukrayna Silahlı Qüvvələrinin artilleriyadan daha peşəkar şəkildə istifadə etdiyinə əminliyini ifadə edib: “Ukraynalılar çox effektiv şəkildə döyüşürlər – həm taktika, həm atəş, həm də manevr baxımından”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki