ABŞ-ın Suriyadakı hərbi bazalarına hücuma görə məsuliyyəti İranın himayə etdiyi terror qruplaşması öz üzərinə götürüb.
Vətəninfo.az Araz News-ə istinadən verdiyi məlumata görə, İranın dəstəklədiyi “Liwa əl- Ğalebiyun” adlı terror qruplaşması bəyanata yayaraq ABŞ ordusunun müqavilə əsasında çalışan bir personalının ölümü, bir neçə hərbçisinin isə yaralanması ilə nəticələnən dron hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Bəyanatda habelə qeyd edilir ki, yaxın günlərdə daha çox oxşar hücumlar həyata keçiriləcək.