image-33d0ad33-10d3-3d1c-8a72-2c2b3031ee32_850backend

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

image-reklam_sirab_01

ABŞ-ın Merilend ştatının Smitsberq şəhərində atışma olub.

“Veteninfo” xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi şerif departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, insident nəticəsində bir neçə nəfər yaralanıb.

“Fox News” telekanalı isə bildirib ki, hadisə zamanı azı 3 nəfər həlak olub.

Qeyd edilir ki, atəş müəssisələrdən birində açılıb. Səlahiyyətlilər silahlı şəxsin “artıq təhlükə yaratmadığını” bildiriblər.

Hadisənin digər təfərrüatlar hələ açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki