image-fb99622f-9e52-3153-ad4f-407da824e218_850backend

ABŞ-da COVID-19-a yoluxmalar artır, səyyar test mərkəzləri fəaliyyətə başlayıb

image-reklam_sirab_01

ABŞ-da COVID-19-a yeni yoluxma hallarının çoxalması və bununla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının artması müşahidə olunur.

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmaların sayı iki dəfə artıb.

Hazırda Nyu-York ştatı yoluxmaların ən çox qeydə alındığı bölgədir. Son günlərdə ştatda test pozitivliyinin nisbəti ciddi şəkildə yüksəlib. Belə ki, Nyu-Yorkda sutkada orta hesabla 4,692 yoluxma qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə iki dəfə çoxdur. Pandemiyanın başlanğıcından bu yana Nyu-Yorkun hər 4 sakinindən 1-i infeksiyaya yoluxub. Şəhərdə səyyar test mərkəzləri yenidən fəaliyyətə başlayıb.

Nyu-Yorkla yanaşı Kaliforniya, Texas, Florida da infeksiyaya yoluxmaların sayında ciddi artım müşahidə olunur.

Mütəxəssislər qapalı məkanlarda, insanların kütləvi toplaşdığı ictimai yerlərdə tibbi maskadan istifadənin yenidən məcburi olmasını gündəmə gətiriblər.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı sayı 89 milyon 549 min 744-ə, ölənlərin sayı 1 milyon 23 min 810-a yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki