image-1backend

ABŞ-da fərdi evdə atışma baş verib, 3 nəfər ölüb

image-reklam_sirab_01

ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Silahlı adam öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.

Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.

Onun sözlərinə görə, əməliyyat zamanı girovlardan heç biri xəsarət almayıb, silahlı şəxs hücum zamanı öldürülüb. Polis hələ ki, cinayətin motivini açıqlamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki