image-87d624f0-a911-33db-aa5a-306ab6a4911d_850backend

ABŞ-da helikopter qəzası zamanı 6 nəfər həlak olub

image-reklam_sirab_01

ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri Qərbi Virciniya ştatının Loqan qraflığında qəzaya uğrayıb.

Bu barədə WBOY telekanalı məlumat yayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində (23 iyun Bakı vaxtı ilə saat 01:00) helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.

Qəzanın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı FAA (Federal Aviasiya Administrasiyası) və Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdırma aparacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki