image-5fa7fe97-9ad1-3024-9613-69f5860b03d8_850backend

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

image-reklam_sirab_01

ABŞ-ın Nyu-Meksiko ştatının Las-Veqas şəhəri yaxınlığında şerif departamentinə məxsus helikopter qəzaya uğrayıb.

Veteninfo “ABC News”a istinadən xəbər verir ki, bu barədə Bernalillo dairəsinin şerif departamenti məlumat yayıb.

Qəza nəticəsində təyyarədə olan 4 nəfər ölüb. Məlumata görə, onlardan üçü şerif idarəsinin, biri isə dairənin yanğınsöndürmə xidmətinin əməkdaşı olub.

Helikopterin yanğının söndürülməsində yanğınsöndürmə briqadalarına kömək etdikdən sonra geri döndüyü vurğulanır. Hadisə Albukerke şəhərindən şimal-şərqdə baş verib.

Ştat polisi əlavə edib ki, qəzanın səbəbi Federal Aviasiya İdarəsi və Nəqliyyatda Milli Təhlükəsizlik Şurasının araşdırmalarından sonra müəyyən ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki