image-1fc9e2ef-0dd0-3d24-8898-d4db73a52f8a_850backend

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

image-reklam_sirab_01

ABŞ-ın Kaliforniya ştatında Birləşmiş Ştatlar ordusuna məxsus “Bell V-22 Osprey” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Veteninfo xarici mətbuata istinadən xəbər verir.

Rəsmi şəxslər hadisə zamanı təyyarədə beş nəfərin olduğunu bildiriblər. Onların hamısının öldüyü güman edilir.

Qeyd olunur ki, qəza Meksika ilə sərhəddən 50 km şimalda və San-Dieqo şəhərindən 240 km şərqdə baş verib.

Eyni zamanda, ABŞ hərbçiləri dağılan təyyarənin göyərtəsində radioaktiv maddələrin olması ilə bağlı mediada yayılan məlumatı təkzib ediblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki