image-9backend

ABŞ-da məktəbli 3 şagirdi güllələyib, 8 nəfəri yaralayıb

image-reklam_sirab_01

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

Veteninfo.az xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Amerika telekanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“(Hadisənin) müxtəlif mərhələlərində yaralanan səkkiz nəfərimiz var, onlar üç müxtəlif xəstəxanadadırlar”, – polis rəsmisi deyib.

Hüquq-mühafizə orqanının sözçüsü əlavə edib ki, yaralılardan ikisi hazırda cərrahi əməliyyat olunur, daha altı yaralının vəziyyəti sabit qiymətləndirilir. Bundan əvvəl altı nəfərin xəsarət alması barədə məlumat verilib.

Ölənlərin sayı dəyişməz qalıb – atışmanın qurbanları 14-17 yaş arası üç yeniyetmədir.

Polis çərşənbə axşamı bildirib ki, 15 yaşlı şagird Oksford məktəbində yarımavtomat tapançadan 15-20 atəş açıb. Saxlanılan zaman onun istifadə etdiyi silah müsadirə edilib, hücumçu müqavimət göstərməyib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerində hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı işləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki