image-7b2317b4-63cf-3609-97b6-c9b18c2b55a0_850backend

ABŞ-da paradda atışmada 6 nəfər ölüb, daha 24-ü xəsarət alıb

image-reklam_sirab_01

ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı baş verən atışmada azı 6 nəfər ölüb, daha 24 nəfər xəstəxanaya yerləşdirilib.

Şahidlərin bildirdiyinə görə, hücum edən şəxs təkbaşına hərəkət edib və onlarla atəş açıb.

Səlahiyyətlilərə görə, atəş açan şəxs azadlıqdadır və polis onu axtarır.

20:55

ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma baş verib.

Bu barədə “Chicago Sun-Times” məlumat yayıb.

İnsident parad başlayandan az sonra qeydə alınıb. Hadisə nəticəsində iki nəfər ölüb, bur neçə nəfər yaralı var. Paradda olanlardan biri 20-yə yaxın atəş eşidib.

Tədbir ləğv edilib. Polis hadisə yerindədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki