image-dollar-tank-696x464backend

ABŞ fantastik müdafiə büdcəsini açıqladı – 842 milyard dollar

image-reklam_sirab_01

ABŞ-ın 2024-cü il üçün mümkün müdafiə xərcləri açıqlanıb.

Növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsində müdafiə xərclərinin 3,2 faiz artırılaraq 842 milyard dollara çatdırılması nəzərdə tutulub.

Sənədə görə, 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 842 milyard dollar ayrılması təklif edilir.

“Bu, 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur”, – büdcə layihəsində qeyd olunub.

Bu məbləğin 6 milyard dollarının Ukraynaya, 37 milyard dollardan çoxunun nüvə silahının qarşısının alınmasına, 1,2 milyard dollarının isə Rusiya və Çinə qarşı mübarizəyə ayrılması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki