image-337156553_237117495367627_3514548917262108224_nbackend

ABŞ generalı: “İran atom bombası yaratmağa cəhd edərsə, Pentaqonun bir neçə hərbi variantı var”

image-reklam_sirab_01

Amerika ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri deyir ki, Pentaqon İranın nüvə bombası əldə etmək istədiyi vaxt üçün bir neçə hərbi variant hazırlayıb.

General Mark Milley cümə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatasının Müdafiə Təxsisatları Alt Komitəsində deyib: “Biz ABŞ hərbçiləri olaraq İranın real nüvə silahı yaratmağa qərar verəcəyi və ya nüvə silahı istehsal etməyə başlayacağı təqdirdə ABŞ prezidenti Co Baydenin seçim və tətbiq etməsi üçün bir neçə variant hazırlamışıq”.

O, daha sonra bildirib ki, İran iki həftədən az müddətdə nüvə silahı üçün parçalana bilən material istehsal edə bilər və həqiqi nüvə silahı yaratmaq üçün cəmi bir neçə ay lazımdır, lakin Amerika öz siyasətinə sadiq olara İranın nüvə silahına yiyələnməsinə mane olmağa öhdəlik götürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki