image-reklam-veteninfo
image-timthumb-1backend

ABŞ-ın İran yük gəmilərini atəşə tutması nəticəsində beş nəfər həlak olub

image-reklam-veteninfo

ABŞ iki kiçik mülki yük gəmisinə atəş açıb, nəticədə beş nəfər həlak olub.

Bu barədə İranın Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Bəyanatda deyilir: “ABŞ İİKK-nın sürət gəmilərini hədəf almaq əvəzinə, iki kiçik yük gəmisinə atəş açaraq beş mülki şəxsi öldürüb”.

Tasnim agentliyi mülki yük daşıyan gəmilərin Omanın Hassab limanından İran sahillərinə doğru hərəkət etdiyini bildirib.

Bir gün əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper ABŞ qüvvələrinin Hörmüz boğazında altı kiçik İran sürət gəmisini batırdığını açıqlamışdı.

Tehran bu məlumatları təkzib edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki