image-pasinyan-putinbackend

ABŞ İrəvana xəbərdarlıq etdi: Rusiyaya kömək etməyin

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın ədliyyə, ticarət və maliyyə nazirlikləri birgə bəyanatla çıxış ediblər ki, sanksiyalarla qadağan olunmuş mallar bir neçə ölkənin ərazisindən Rusiyaya ixrac edilir.

Bəyanatda konkret olaraq “Ermənistan, Özbəkistan və Çindən Rusiya və ya Belarusa qadağan olunmuş malların göndərilməsi üçün istifadə edilib” deyilir.

ABŞ hökuməti şirkətləri Rusiyaya qarşı sanksiyaları saxlamaqda diqqətli olmağa çağırıb, əks halda günahkarların məsuliyyətə cəlb ediləcəyini bildirib.

Vaşinqtonun fikrincə, sanksiyalardan yayınmaq üçün qeyri-leqal şirkətlər, aydın olmayan daşıma məlumatları əks olunur.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqindən sonra bir çox ölkələr Rusiya ilə ticarət dövriyyəsini artırıb. Rəsmi Vaşinqtonun ilk sərt xəbərdarlığı İrəvana edib. Erməni mediası iddia edir ki, ABŞ rəsmi olaraq Paşinyan hökumətini xəbərdar edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki