image-putin-3backend

ABŞ kəşfiyyatı: Putin illərdir Ukraynaya qarşı müharibə aparmağa hazırlaşır

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlaşır.

Vətəninfo.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Hayns Konqresə illik hesabatı zamanı deyib.

Haynsın fikrincə, Ukraynadakı müharibə üzücü xarakter alıb və tərəflərdən heç biri üstünlüyə malik deyil. İndi də Rusiya Federasiyasının prezidenti, çox güman ki, müharibəni illərlə davam etdirmək istəyir.

“Biz təxmin edirik ki, Rusiya ordusu bu il əhəmiyyətli ərazi uğurları əldə etmək üçün kifayət qədər bərpa olunmayacaq. Lakin çox güman ki, Putin vaxtın onun xeyrinə olduğunu hesab edir və müharibənin davam etdirilməsi, onun üçün ən yaxşı yol ola bilər”, – Haynes bildirib.

ABŞ kəşfiyyatının direktoru hesab edir ki, Rusiya əlavə məcburi səfərbərlik və üçüncü ölkələrin sursat təchizatı olmadan Ukraynada hazırda malik olduğu zəif hücum əməliyyatlarını belə, davam etdirə bilməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki