image-18backend

ABŞ Livana 6 hərbi helikopter verib

image-reklam_sirab_01

ABŞ-ın Livan ordusuna 6 hərbi helikopter təhvil verməsi ilə bağlı təntənəli tədbir keçirilib.

Veteninfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumat ABŞ-ın Beyrutdakı səfirliyinin internet saytında yayılıb.

Məlumata görə, helikopterlər “MD-530F” markalıdır. Onlar kəşfiyyat və yüngül hücum edən helikopterlər olduğu, 40 milyon dollar dəyərində olduğu da bildirilib.

Bildirilib ki, bu il sentyabrın 9-da ABŞ Prezidenti Cozef Bayden Livan ordusunun müdafiə qabiliyyətinin yaxşılaşdırılması məqsədilə bu ölkəyə 47 milyon dollarlıq yardım zərfini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki