image-ba94755d-a135-4c21-9020-cb666f6327b9_850backend

ABŞ rusiyalı oliqarxın hesabındakı 5,3 milyard dolları müsadirə edə bilər ABŞ rusiyalı oliqarxın hesabındakı 5,3 milyard dolları müsadirə edə bilər

image-reklam_sirab_01

ABŞ-ın Nyu-York federal prokurorluğu rusiyalı oliqarx Konstantin Malofeyevin hesabında olan 5,3 milyard dollardan çox vəsaiti müsadirə etmək niyyətindədir.

“Report” bu barədə “RBC-Ukraina”ya istinadən xəbər verir.

Malofeyev Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiya siyahısına salınıb. Aprel ayından kommersiya bankı və oliqarxla əlaqəli 40-dan çox fiziki və hüquqi şəxsdən ibarət şəbəkə sanksiyalarla üzləşib.

Vaşinqton hesab edir ki, Malofeyev Rusiya hökumətinin maraqları naminə və ya onun adından hərəkət edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki