image-12backend

ABŞ Rusiyanı dini etiqad azadlığı ilə bağlı “qara siyahı”ya salıb

image-reklam_sirab_01

ABŞ Dövlət Departamenti Rusiyanı dini etiqad azadlığının pozulduğu ölkələr siyahısına daxil edib.

Veteninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin dünyada din azadlığına dair illik hesabatında deyilir.

Rusiya ilə yanaşı, bir neçə ölkə dini etiqad azadlığının sistematik, davamlı və kobud şəkildə pozulması faktına görə xüsusi narahatlıq doğuran ölkələr kimi qeyd edilir.

Qeyd edək ki, 2016-cı ildə də Rusiya analoji siyahıda olub. Hesabat müəllifləri bildirib ki, bu ölkədə yəhudi və ya xristian dini birliklərinin fəaliyyəti deyil, digər qrupların fəaliyyəti məhdudlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki