image-ddb35f7d-2940-37cb-a3de-df151a6dc465_850backend

ABŞ Ukraynaya iki “NASAMS” sistemi verib

image-reklam_sirab_01

ABŞ ilk iki “NASAMS” zenit-raket kompleksini (SAM) Ukraynaya təhvil verib.

bunu “NASAMS”ın istehsalçısı “Raytheon Technologies”in baş direktoru Qreq Heyes bəyan edib.

“Biz bir neçə həftə əvvəl iki kompleksi ABŞ hökumətinə təhvil vermişik. Artıq bu gün onlar Ukraynada yerləşdirilir”-deyə, o bildirib.

Qeyd edək ki, 11 oktyabrda Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti çox yaxın zamanda ilk iki “NASAMS” kompleksini Kiyevə göndərəcək. Onun sözlərinə görə, ABŞ Ukraynaya səkkiz belə sistem tədarük etmək niyyətindədir.

Çatdırılmaların Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsünün bir hissəsi kimi həyata keçirilməsi planlaşdırılır ki, bu da ABŞ-ın müdafiə departamentinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur, avadanlığın birbaşa Pentaqonun anbarlarından verilməsini deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki