image-99e901c1-3fe1-36ad-9b02-42a3b42ef66b_850backend

ABŞ Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasını keçirəcək

image-reklam_sirab_01

ABŞ iyunun 15-də Brüsseldə Ukraynaya silah tədarükü ilə bağlı təmas qrupunun üçüncü iclasına ev sahibliyi edəcək.

“Veteninfo” xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Brüsseldə keçirdiyi brifinqdə deyib.

“ABŞ NATO-nun Ukraynaya başqa hansı yardımı göstərə biləcəyini müzakirə etmək niyyətindədir. Bunun üçün ABŞ Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasını keçirəcək. İclas 50-yə yaxın ölkəni əhatə edir”, – Smit qeyd edib.

İclas NATO müdafiə nazirlərinin iyunun 15-16-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən əvvəl baş tutacaq.

ABŞ-ın Alyansdakı nümayəndəsi qeyd edib ki, NATO ölkələri Kiyevin əlavə silahların tədarükü ilə bağlı tələblərinə uyğunlaşmağa çalışır və bu tələblər daim dəyişir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki