image-405885cd-242f-37a8-9fb9-f7aca64cafe3_850backend

Ağ Ev ABŞ Prezidentinin Səudiyyə Ərəbistanı və İsrailə səfərinə aydınlıq gətirib

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanı və İsrailə səfər planları qüvvədədir. Səfərin yeganə mövzusu neft hasilatı olmayacaq.

“Veteninfo” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Jan-Pyer Ağ Evdə təşkil etdiyi mətbuat konfransında Baydenin gələn ay Səudiyyə Ərəbistanı və İsrailə səfər edəcəyi ilə bağlı iddialara cavab verib: “Hazırda bir səfəri təsdiqləyə bilmirəm. İsrail və Səudiyyə Ərəbistanı üçün səyahət planları qurmağa davam edirik. Bu, Baydenin Yaxın Şərq liderləri ilə görüşü üçün fürsət olacaq”.

Ağ Evdə jurnalistlərin səfərin əsas məqsədinin neft hasilatı olub-olmayacağı ilə bağlı sualına Jan-Pyer “Səudiyyə Ərəbistanına səfəri ancaq neft istəmək kimi düşünmək düzgün olmaz”, – deyib.

Jan-Pyer jurnalistlərdən birinin “ABŞ-da neft qiymətləri rekordlar qırdığı halda, Səudiyyə Ərəbistanının səfərinin əsas mövzusu neft olmadığı nə dərəcədə doğrudur?”, – sualına “Əlbəttə, biz Səudiyyə Ərəbistanı ilə yanaşı, digər neft istehsalçıları ilə də enerji məsələsini müzakirə edəcəyik. OPEC+ qrupunda konsensusun əldə edilməsində Səudiyyə Ərəbistanının oynadığı aparıcı rolu alqışlayırıq”, – cavabını verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki