image-cf5cbbde-e87d-37c4-8e81-71b780827028_850backend

Ağ Ev Baydenin xərçəng xəstəliyinə tutulması ilə bağlı sözlərini şərh edib

image-reklam_sirab_01

Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin onda xərçəng aşkarlanması ilə bağlı sözlərinə münasibət bildirib.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts tviter səhifəsində yazıb. Beyts bildirib ki, dövlət başçısı ondan əvvəllər cərrahi yolla kəsilib götürülən dəri şişini nəzərdə tutur.

“Prezident bunu nəzərdə tuturdu”, – “Washington Post”un redaktoru Qlenn Kessler mikrobloqunda yazıb. Jurnalist Baydenin əvvəllər dərc olunmuş tibbi hesabatına işarə edib. O, xatırladıb ki, demokrat prezident olmamışdan əvvəl də onun dərisində melanoma olmayan şişlər çıxarılıb.

Qeyd edək ki, melanoma xərçəng xəstəliyinin ən təhlükəli növlərindən biridir. Xəstəlik tez inkişaf edir və metastaz verir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki