image-bf12bc22-72f7-3d95-878e-e8e73492cdb7_850backend

Ağ Evin sözçüsü: Bayden növbəti seçkilərdə prezidentliyə namizəd olacaq

image-reklam_sirab_01

Ağ Ev ABŞ lideri Cozef Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib.

bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.

“Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib”, – Ağ Ev rəsmisi deyib.

“Aydın olmaq üçün; Prezidentin dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, – Karin Jan-Pyer daha sonra tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki