image-1backend

Ağcabədi rayonunda tədbir keçirilib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Sosial problemlərin həllində yeni metodolji üsulların tətbiqi” layihəsini regionlarda həyata keçirilməkdədir.

Növbəti tədbir 15 noyabr 2022-ci il tarixində Agcabədi rayonunda keçirildi. 60 nəfər seminar iştirakçısının qatıldığı maarifləndirmə tədbiri ictimaiyyət üçün böyük maraq kəsb etdi. Hazırki dövrdə ölkəmizdə davam edən uğurlu islahatlar sosial problemlərin həllində yeni metodların axtarışlarını zəruri edir. Müasir dünyanın bəzi ölkələrində sosial problemlərin daha operativ həlli, tətbiqi ilk növbədə daha agıllı metodolara söykənir.

Keçirilən tədbirdə belə prinsiplərin yerinə yetirilməsi işində dövlət və ictimai təsisatların birgə iş aparması və könüllü fəaliyyətin gücləndirilməsi meyarları aydınlaşdırıldı. Məruzəçi dosent H. İbrahimov, rayon İcra Hakimiyyəti Aparatının mütəxəssisləri tədbirdə geniş məruzələr etdilər. Sosial problemlərin həllinə dəstək olacaq yeni metodları özündə ehtiva edən kitabça tədbir iştirakçılarına paylanıldı.Həmçinin, bu qərara gəlindi ki,

– gələcəkdə sosial məsələlər ətrafında nəzəri-praktiki seminarlar birgə artırılsın.

-həmçinin, sosial institutların fəaliyyəti ictimai təsisatlarla əlaqədə inkişaf etdirilsin.

-Sosial məsələlərin həllinə inteqrativ,komunikativ, sitemli yanaşmalar ictimai institutların fəaliyyəti ilə əlaqədə təşkil edilsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki