image-reklam-veteninfo
image-3backend

“Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimini həyata keçirdi

image-reklam-veteninfo

“İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyi 24 noyabr tarixində Ağdaş rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimini həyata keçirdi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri  Vada Cüniçi, Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri və benefisiar təşkilat olan “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

 

Bu layihədə əsas məqsəd, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində yerləşən tullantı poloqonu ərazisi daxiliində tullantıların çeşidlənməsi bölməsi, hidravlik presləmə avadanlığı və yandırıcı avadanlıq ilə təchiz olunmuş məntəqəsinin inşası ilə, kağız və plastic növlü tullantıların yenidən istifadə olunmasına nail olmaqla yanaşı, həm də tibbi tullantıların təhlükəsiz şəraitdə yandırılmasına nail olmaqdır.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki