image-reklam-veteninfo
image-1076a24c-807b-4d1c-bc6c-61a6dec4a262backend

Ağdaşda “Mercedes” piyadanı vurub öldürdü

image-reklam-veteninfo

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-a xəbər verir ki, rayonunun Güvəkənd kənd sakini İbrahimov Rəvan Xanlar oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yola çıxan piyada, Binələr kənd sakini 1960-cı il təvəllüdlü Səfərov Əliyar Qurban oğlunu vurub.

Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da orada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki