Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, Tovuz-Qazax Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nail Məmmədov, rayonun mədəniyyət sahəsində çalışan məsul şəxslər iştirak ediblər.
RİH başçısı çıxış edərək bildirib ki, ölkəmizdə bütün sahələr kimi mədəniyyət və incəsənət sahəsinə də dövlətimiz tərəfindən göstərilən xüsusi qayğı, təməlində mədəni irsin qorunması duran bu siyasi xətt də Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə beynəlxalq miqyasda milli mədəniyyətimiz layiqincə qorunur, təşviq və inkişaf olunur, mədəniyyət işçilərinin peşəkar inkişafına xüsusi dəstək göstərilir, milli mədəniyyətin bütün sahələrində zəruri infrastruktur, şərait, maddi-texniki baza yaradılır.
Görüşdə ağstafalı mədəniyyət işçilərinin bir sıra vacib məsələlərə münasibətləri və fikirləri öyrənilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.