image-6ecf4b22-4916-36e6-bbab-fda85f0ea201_850backend

Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Ukraynaya səfər edib

image-reklam_sirab_01

Avropa İttifaqının (Aİ) insan hüquqları üzrə xüsusi nümayəndəsi İmon Gilmor Ukraynaya səfər edib.

“Veteninfo” xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyi tviterdə məlumat yayıb.

Gilmor Aİ-nin Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək niyyətindədir.

“Ukraynada gedən müharibədə insan hüquqlarının necə pozulduğunu öz gözlərimlə görmək, sadə insanlar və dövlət məmurları ilə ünsiyyət qurmaq üçün buraya səfər etdim”, – Aİ-nin xüsusi nümayəndəsi deyib.

O, Ukraynanın bir sıra şəhərlərində olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki