image-41dc9005-f623-3e05-9888-405de9cbbbbc_850backend

Aİ Ukraynaya silah alınması üçün daha 500 milyon avro ayırıb

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 500 milyon avroluq beşinci tranşın Ukraynaya ayrılması ilə bağlı yekun qərar qəbul edib.

“Veteninfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

“Ukrayna üzrə Təmas Qrupunun nazirlər səviyyəsində keçirilən iclasında Aİ-yə üzv ölkələr Ukrayna silahlı qüvvələrinə gələcək dəstək üçün 500 milyon avro həcmində hərbi yardımın beşinci tranşını səfərbər etmək barədə razılığa gəliblər”, – o deyib.

Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.

Beləliklə, Aİ 2022-ci ilin martından Kiyevə hərbi yardım üçün artıq 2,5 milyard avro ayırıb. Bu pul Ukraynaya silah tədarük edən Aİ ölkələrinə kompensasiya kimi istifadə olunur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki