Türkiyəli aktrisa, aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.
Veteninfo.az xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.
Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı sürücüsünün də yanında olduğu və yaralandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.


























