image-trend_allahshukur_pashazade_041115backend

Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək

image-reklam_sirab_01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya və Braziliyaya səfər edəcək.

QMİ-dən Vətəninfo.az-a verilən məlumata görə, A.Paşazadə Portuqaliyada Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.

Avqustun 18-də isə QMİ sədri Braziliyaya gedəcək.

Səfərdə məqsəd Braziliyanın paytaxtı Braziliya şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.

Bildirilib ki, səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir. A.Paşazadə “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda çıxış edəcək.

QMİ-nin məlumatında qeyd edilib ki, Allahşükür Paşazadə G20 çərçivəsində Dinlərarası Forumların daimi iştirakçısıdır və bugünədək baş tutan Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində fəal iştirak və çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image