image-6backend

Almaniyada koronavirusa qarşı məcburi peyvənd tətbiq oluna bilər

image-reklam_sirab_01

Almaniya Bundestaqı 2022-ci ilin fevralına qədər məcburi koronavirus peyvəndinin tətbiqi imkanlarını nəzərdən keçirəcək.

Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel deyib.

“Məcburi peyvəndlə bağlı müzakirə və qərar Bundestaqda baş tutacaq. Federal ştatların hakimiyyət orqanları ilin sonuna kimi tövsiyələr hazırlamalıdır”, – Merkel deyib.

Bundan əlavə, Almaniya hakimiyyəti apteklər və supermarketlər istisna olmaqla, peyvənd olunmamış sakinlərin mağazalara girişini məhdudlaşdırmağa razılaşıb.

“Vəziyyət çox ciddidir”, – Merkel qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki