image-reklam-veteninfo
image-6backend

Amerika Birlәşmiş Ştatları Rusiyaya çağırış edib

image-reklam-veteninfo

ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynanın taxıl anbarlarına hücum etməkdə günahlandırıb və rәsmi Moskvanı hərəkətlərinə son qoymağa çağırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində bildirilib.

Məlumatda Ukraynanın Rubijne ərazisində hədəf alındığı iddia edilən taxıl anbarının hücumdan əvvəlki və sonrakı fotoları yer alıb.

Məlumatda hәmçinin Rusiyanın Ukrayna taxıl anbarlarına hücumlarının ölkədəki fermerlər və dünyada aclıq çəkən insanlar üçün dəhşətli nəticələr verdiyi bildirilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanı İzmail limanını hədəf almaqda günahlandıraraq deyib: “Bu, Putinin dünyada bir çox insanın aclıqdan öldüyü bir vaxtda ölçüyəgəlməz qəddarlığının növbəti nümunəsidir”.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Qara dənizdəki İzmail limanına doğru hərəkət edən quru yük gəmisinə xəbərdarlıq atəşi açıldığını irəli sürmüşdü.

Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi açıqlamada Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyi bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki