Erməni nəşri “Hraparak” qəzeti yaxın günlərdə qondarma rejimin rəhbəri Araik Aruthunyanın istefaya göndəriləcəyini yazır. Vətəninfo.az xəbər verir ki, nəşr qeyd edir ki, Aruthunyan Azərbaycanın istəyi ilə istefaya göndərilir.
Nəşr yazır:”Azərbaycan hakimiyyəti dünən ikinci toplantıya Qarabağın erməni icmasının nümayəndələrini dəvət edib və onlar yerini müəyyənləşdiriblər, bu dəfə görüşü Bakıda keçirməyi planlaşdırırlar. Azərbaycan Prezidentinin aparatı Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya, eləcə də Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə etmək üçün təmasları davam etdirmək üçün ikinci görüşə dəvət edir. Yaxın günlərdə Bakı şəhərində görüşün keçirilməsi təklif edilir, – Azərbaycan administrasiyasının bəyanatında deyilir. Rəsmi Xankəndi hələlik bu mesajı şərh etmir. Bir sözlə Araik Aruthunyan yaxın günlərdə istefaya göndəriləcək və onun yerinə əsas namizəd Samvel Babayandır. Azərbaycan Babayanın vəzifəyə gətirilməsinin tərəfdarıdır. İndi Azərbaycan diktə edir”