image-2ba057c6-54f7-364c-8dfc-9a04cff48e36_850backend

Arestoviç: “Qərbin yardımı olmasaydı, indi Lvovu müdafiə etməli olacaqdıq”

image-reklam_sirab_01

“Qərb bizi maliyyə, siyasi və hərbi cəhətdən xilas edir. İndi bizə kömək etməsəydilər və ya əvvəllər kömək etməsəydilər, düşünürəm ki, Lvovun müdafiəsindən söhbət açmalı olacaqdıq… Ona görə yox ki, biz qorxağıq, sadəcə, müdafiə olunmaq üçün heç nə olmazdı”.

“Veteninfo” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımından bildirib.

“Biz indi Qərbin yardımı sayəsində cəbhə xəttini saxlayırıq. Biz Ukraynanı saxlayırıq, Qərbin, xüsusilə ABŞ-ın köməyi sayəsində makroiqtisadi vəziyyəti sabitləşdiririk. Biz onlara çox minnətdarıq, çünki, əslində, bizim yaşamağımızı və ümumilikdə mədəniyyətimizin qorunub saxlanmasını təmin edirlər. Putin təkcə ölkəni yox, mədəniyyəti məhv etmək istəyir”, – Prezident Ofisinin rəsmisi vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki