image-3backend

Argentinanın keçmiş prezidenti qanunsuz izləmədə ittiham olunur

image-reklam_sirab_01

Argentinanın eks-prezidenti Maurisio Makri 4 il əvvəl yoxa çıxan “San Juan” sualtı qayığının ekipajının ailə üzvlərini qanunsuz izləmədə ittiham edilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə “La Nación” qəzeti məlumat yayıb.

Məlumata görə, keçmiş dövlət başçısının ümumi məbləği 100 milyon peso (990 min ABŞ dolları) olan əmlakına həbs qoyulub, Makriyə isə ölkədən çıxmaq qadağan edilib.

Sabiq prezident hazırda Çilidədir, bu səbəbdən qadağa o, qayıtdıqdan sonra qüvvəyə minəcək.

İddialara görə, Federal Kəşfiyyat İdarəsi 2017-2018-ci illərdə “San Juan” sualtı qayığının ekipaj üzvlərinin qohumlarını qanunsuz olaraq izləyib.

44 ekipaj üzvünü daşıyan sualtı qayıq 2017-ci il noyabrın 15-də yoxa çıxıb, daha sonra yanğın nəticəsində kül olduğu bildirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki