image-araik1660212801backend

Arutyunyan Moskvadan qayıdıb elan etdi: Müharibəyə hazırlaşın!

image-reklam_sirab_01
Xankəndidəki separatçıların lideri Araik Arutyunyan bir neçə gün əvvəl Moskvadan qayıdıb və orada bir sıra görüşlər keçirib.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Araik artıq Xankəndidədir:

“Öyrəndik ki, Arutyunyan öz yaxın ətrafını toplayıb və istefa mövzusunun hələlik bağlandığını, yaxın müddət ərzində seçkilərin olmayacağını elan edib. O deyib ki, uzunmüddətli və sərt müqavimətə hazırlaşmaq, atəşə cavab vermək, təxribatların qarşısını almaq, diversantları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yola başlamaq və qarşıdan gələn müharibəyə hazırlaşaraq silahlanmaq lazımdır. Arutyunyan qarşılarında iki yolun olduğunu açıqlayıb: ya Qarabağdan çıxmaq, ya da “müstəqilliyi” qorumaqla döyüşmək və lazım gələrsə ölmək”.

Separatçı-terrorçu lider Azərbaycana inteqrasiyanın gündəmdə olmadığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki