image-65465487-0ce3-3249-a8f2-c3b4aef52bc9_850backend

AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edib AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edib

image-reklam_sirab_01

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı üç qətnamə qəbul edib.

“Veteninfo” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri (hakim “Xalqın xidmətçisi” fraksiyası) Mariya Mezentseva deyib.

“Bu, heç vaxt olmayıb! Ukrayna ilə bağlı 3 qətnamə. Biz üç mühüm qətnaməni səsə qoyduq və qəbul etdik”, – Mezentseva feysbuk hesabında yazıb.

Deputat bildirib ki, Ukrayna nümayəndə heyətinin düzəlişləri nəzərə alınıb və “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və insanların (ölkə-red) daxili və xaricə köçürülməsi” qətnaməsi təkmilləşdirilib.

“Biz köçkün ukraynalılar üçün mənzillərin maliyyələşdirilməsi probleminin həllinə, hərbi əsirlərin mübadiləsini aktivləşdirməyə çağırırıq. Avropa İttifaqı Aİ ölkələrində müvəqqəti müdafiə almış və orada 90 gündən çox qalan və Ukraynaya gedən şəxslərin qurumun ərazisinə qayıtmaq haqqına aydın hüquqi izahat verməlidir”, – Mezentseva bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki