image-1099b2b2-c245-33f0-b30a-8816f78d6fbb_850backend

Atmosferdə istixana qazlarının konsentrasiyası rekord həddə çatıb

image-reklam_sirab_01

Yerin atmosfer qatında istixana qazlarının konsentrasiyası 2021-ci ildə rekord həddə çatıb.

Bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) informasiya bülletenində məlumat verilib.

“Üç əsas istixana qazının – karbon dioksid, metan və azot oksidinin atmosferdəki konsentrasiyası 2021-ci ildə yeni rekordlar vurub və bu, iqlim dəyişikliyi ilə bağlı daha bir xəbərdarlıqdır”, – bülletendə deyilir.

Ötən il karbon qazının konsentrasiyası orta hesabla milyonda 415,1 hissə təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,9 hissə çoxdur. Metan konsentrasiyası milyardda 1 908, azot oksidi isə milyardda 334,5 hissəyə çatıb ki, bu da 2020-ci il səviyyəsindən müvafiq olaraq 9 və 2,3 hissə yüksəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki