image-image_750x_6405810a9f7f1backend

Avropa İttifaqı Rusiyadan qaz və neft tədarük etmir – Ursula fon der Leyen

image-reklam_sirab_01

Avropa İttifaqı Rusiyadan qaz və neft tədarükündən asılılıqdan qurtulub. Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransında bildirib.

“Avropanın Rusiya neft və qaz təchizatından asılılığı artıq keçmişdə qalıb. Rusiya 8 ayda Avropaya qaz ixracını 80% azaldıb. Birlikdə zəhmət hesabına bunun əvəzini çıxa bildik. Təbii ki, ABŞ və Norveç kimi yaxşı dostlar mayeləşdirilmiş qaz və boru kəməri ilə təchizatda bizə kömək etdilər”, – deyə fon der Leyen bildirib.

Onun sözlərinə görə, Moskva icma ölkələrinə enerji təchizatını azaltmaqla Aİ-nin birliyini pozmağa çalışırdı. “Əksi baş verdi”, – Avropa rəsmisi əlavə etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki