image-avropa-liqasi-696x387backend

Avropa Liqası: “Sevilya” məğlubiyyətdən son anda qaçdı

image-reklam_sirab_01

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Açılış matçında İtaliya “Roma”sı Niderlandda “Feyenoord”un qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub. 43-cü dəqiqədə isə “canavarlar”dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib.

İspaniya “Sevilya”sı İngiltərədə “Mançester Yunayted”lə əzmkar heç-heçə edib. “Qırmızı şeytanlar” ilk hissədən sonra hesabda öndə olsalar da, ikinci yarıda qələbəni əldən veriblər. “Yuventus” İtaliyada Portuqaliya “Sportinq”i üzərində çətin qələbə qazanıb. Belçika “Union”u isə Almaniyada “Bayer”lə heç-heçəyə razılaşıb.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
13 aprel

20:45. “Feyenoord” (Niderland) – “Roma” (İtaliya) – 1:0
Qol: Mats Mats Viffer, 53
İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2
Qollar:
 Marsel Zabitser, 14; 21 – Xesus Navas, 85. Harri Maquayr, 90+3 (avtoqol)

23:00. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 1:0
Qol:
 Federiko Qatti, 73

23:00. “Bayer” (Almaniya) – “Union” (Belçika) – 1:1
Qollar:
 Florian Virts, 83 – Viktor Bonifase, 51

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki